“Muzeylərdə vəziyyət yaxşı deyil, bəzilərində işıq belə yoxdur”- Deputat

“Samir Şərifovdan xahiş edirəm, mədəniyyət sahəsində olan abidələrin tikintisi, mühafizəsi sahəsinə ayrılan pulların aidiyyəti üzrə xərclənməsinə nəzarət edilsin”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

O bildirib ki, Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı sərəncamın icrası üçün pul ayrılıb: “Bu işlərin gecikdirilməsi abidənin dağılmasını sürətləndirir. Muzeylərdə bu gün vəziyyət yaxşı deyil. Bəzi muzeylərdə işıq yoxdur. İşıq olmayan muzeydə nə nümayiş etdiriləcək?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Dövlət təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya tələb olunmayacaq