Sabah hava necə olacaq?- PROQNOZ

Martın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində mülayim şimal-qərb küləyi  arabir güclənəcək. Havanın temperaturu  gecə 6-10° isti, gündüz  12-15° isti, Bakıda  gecə 6-9° isti, gündüz  13-15° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında da sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.  Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə  duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 5-10° isti, gündüz 13-18°  isti, dağlarda gecə 0-5° isti, gündüz  5-10°  isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Xalq kasıbdır, insanlar zülmlə dolanır” –

Sonrakı məqalə

Azərbaycan Yazıçılar Birliyi koronavrusla bağlı işini dayandırıb