Sabah maqnit qasırğası olacaq

geomaqnit
geomaqnit

Sabah Yerdə zəif maqnit qasırğası olacaq.

Bu barədə Rusiyanın “Fobos” hava xidmətinin aparıcı mütəxəsisi Mixail Leus öz “Telegram” kanalında yazıb.

“Cümə axşamı, sentyabrın 4-də, Moskva vaxtı ilə təxminən 22:15-də (Bakı vaxtı ilə 23:15) günəş diskinin mərkəzi yaxınlığında protuberans tullantısı baş verib, bunun nəticəsində bazar günü, sentyabrın 7-də Yerin geomaqnit sahəsinə təsir edə biləcək çox zəif koronal kütlə buraxılışı olub”, – deyə alim yazıb.

Sinoptikin sözlərinə görə, bu tullantı “planetə təsir etmək üçün əlverişli mövqedə yerləşən koronal dəlikdən çıxacaq sürətli günəş küləyi axını ilə üst-üstə düşə bilər”.

Bildirilir ki, bunun nəticəsində həftəsonu geomaqnit sahəsində pozuntular gözlənilir və bu, bəzən G1 sinfinə aid zəif maqnit qasırğaları səviyyəsinə çata bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.