Sabah Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin iclası keçiriləcək.
Azpost.info “Unikal”-a istinadən verdiyi məlumata görə, iclasda partiyanın növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adları açıqlanacaq.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri cari ildə sentyabrın 1-də keçiriləcək.