Sabah YAP-ın İdarə Heyətində Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun ötən gün sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkət cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

Qeyd edək ki, Hüseynbala Mirələmovun bu hərəkətləri təmsil olunduğu siyasi partiya nümayəndələri tərəfindən də şiddətlə qınanılıb. Lakin YAP tərəfindən sabiq Milli Məclis deputatının bu əxlaqa zidd hərəkətinə münasibətdə hansı konkret qərar qəbul ediləcək, bu məsələ ilə bağlı YAP-ın rəsmi mövqeyi nədən ibarət olacaq?

Cəmiyyəti maraqlandıran mövzu ilə bağlı YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev APA-ya bildirib ki, məsələ partiyanın İdarə Heyətinin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qobustanda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub –

Sonrakı məqalə

Azərbaycanda daha 2 047 yeni yoluxma faktı qeydə alınıb –