Sabaha olan hava proqnozu

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 20-23° isti olacaq.

Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən oktyabrın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Komitəsi Bakıda 16 yaşlı qızın intiharı ilə bağlı məlumat yayıb

Sonrakı məqalə

“Azərbaycan İrandan Ermənistana və Avropaya narkotrafik marşrutunu bağlayıb”