Sabaha olan hava proqnozu

Noyabrın  8-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.  Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Gündüz tədricən kəsiləcək. Mülayim şimal küləyi arabir güclənəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz  14-16, Bakıda gecə 9-12, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 766 mm civə sütunundan 773  mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Noyabrın 8-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 8-12,  gündüz 14-18, dağlarda gecə 1-5, gündüz  5-9 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 08-də Abşeron yarımadasında rütubətli hava şəraiti və mülayim xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daha 16 kənd işğaldan azad edildi –

Sonrakı məqalə

“Qarabağla bağlı Ermənistana zəmanət verən Rusiyadır” –