Sabiq baş nazir axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuku yenidən axtarışa verib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin axtarış bazasında məlumat yerləşdirilib.

Bazadakı qeyddə Yatsenyukun Cinayət Məcəlləsinin maddələri üzrə axtarıldığı bildirilsə də, konkret hansı maddə ilə bağlı olduğu açıqlanmayıb. Həmçinin onun yenidən axtarışa verildiyi qeyd olunub.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsi daha əvvəl Arseni Yatsenyuk da daxil olmaqla, Ukrayna rəhbərliyinin bir sıra nümayəndələrinə qarşı qiyabi ittiham irəli sürüb. Həmin ittihamlar 2014-cü ildən etibarən Ukraynanın cənub-şərqində baş verən hadisələrlə əlaqələndirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.