Sabiq daxili işlər nazirinin oğlu vəfat edib

Vəfat
Vəfat

Azərbaycan Respublikasının keçmiş daxili işlər naziri mərhum Məhəmməd Əsədovun ailəsinə ağır itki üz verib. 

AzPost Haqqin.az-a istinadla xəbər verir ki, bu gün sabiq nazirin oğlu Nazim Əsədov vəfat edib.

Azərbaycan Respublikasının dövlət xadimi, general-mayor Məhəmməd Əsədov 1990-1991-ci illərdə Azərbaycanın daxili i̇şlər naziri, 1991-ci ildə Azərbaycan Prezidentinin müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə dövlət müşaviri olib.

Məhəmməd Əsədov 1991-ci il noyabrın 20-də Qarabağda törədilmiş terror aktı nəticəsində helikopter qəzasında faciəvi şəkildə həlak olub.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.