“AtaSığorta” Açıq Səhmar Cəmiyyəti (ASC) məhkəməyə verilib.
Azpost.info xəbər verir ki, ASC ilə bağlı iddia qaldıran “İnşaat Servisez” MMC-dir. Məhkəmə çəkişməsinin səbəbi maddi ziyanın ödənilməsi ilə bağlıdır. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. “AtaSığorta” ASC Azərbaycanın sığorta bazarında iri şirkətlərdən biri kimi tanınır. ASC 2004-cü ildə 14.6 milyon manat nizamnamə kapitalı ilə yaradılıb. ASC-nin qanuni təmsilçisi Məmmədov Orxan Valeh oğludur. O, həm də şirkətin İdarə Heyətinin sədridir. ASC-nin Direktorlar Şurasının sədri isə Ağakərim Məlik-Aslanovdur.
Qeyd edək ki, “AtaSığorta” ASC “AtaHoldinq”ə daxil olan biznes subyektlərindən biridir. Sözügedən holdinqin isə keçmiş vergilər naziri Fazil Məmmədova məxsus olduğu bildirilir. Yeri gəlmişkən, Ağakərim Məlik-Aslanov əvvəllər “AtaBank”ın İdarə Heyətinin sədr müavini vəzifəsində işləyib. Bankın İdarə Heyətinin sədri isə Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyev olub.
“AtaBank” hazırda ləğv prosesindədir.
Azpost.info