Sabiq nazir internet provayderlərini “topa tutdu” –"Rusiyada aylıq 2 manatdır, "Azercell", Baktelekom" 13 dəfə baha satır"

“Azərbaycanda internet əzəldən qonşu ölkələrlə müqaisə edilməyəcək dərəcədə baha olub və bu fərq getdikcə artır ki, azalmır”.
Azpost.info bildirir ki, bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov internet qiymətlərinin bahalaşmasını şərh edərkən yazıb.
Sabiq nazir Azərbaycanda internet qiymətlərinin baha olmasına etiraz edib. O, müqayisə üçün Rusiyanın “Bilayn” şirkəti ilə “Azercell” şirkətini müqayisə edib. 
“Rusiyanın “Bilayn” şirkəti ilə “Azərcell” şirkətinin vətəndaşlara təklif etdikləri mobil internet və telefon danışıqlarının qiymətlərini, habelə “Bilayn” şirkəti ilə “Baktelekom” şirkətinin insanlara təklif etdikləri ev internetinin qiymətlərini müqaisə edək.
Əgər Rusiyanın “Bilayın” şirkəti mobil telefon xidmətləri üzrə bir aylıq 50 QB internet, 1200 dəqiqə danışıq limiti nəzərdə tutan, sürəti saniyədə 100 m/b olan “UP Пчела Базя” tarifini insanlara Azərbaycan manatı ilə 4 manat 93 qəpiyə təklif edirsə, Azərbaycanda “Azərcell” maksimum 30 QB internet və 700 dəqiqə danışıq limiti müəyyənləşdirən “Super Sən” adlı tarifi insanlara 39 manata və ya bir QB üçün Rusiyada “Bilayn” şirkətinin təklif etdiyi qiymətdən 13,2 dəfə baha təklif edir”.
Sabiq nazir başqa bir misalı göstərib: “Rusiyanın “Bilayn” şirkəti vətəndaşlara saniyədə sürəti 500 m/b olan ev internetinin bir aylıq ödəniş haqqını Azərbaycan manatı ilə 2 manat 89 qəpik müəyyən edib, Azərbaycanda “Baktelekom” bir aylıq ev interneti üçün 18 manat xidmət haqqı alır və indi də həmin qiyməti 40%-ə qədər bahalaşdırıb, aylıq ödəniş haqqını 25 manat müəyyənləşdirir. Bu da Rusiyada “Bilayn” şirkətinin insanlara təklif etdiyi ev internetinin bir günlük qiymətindən 8,7 dəfə bahadır.
Rusiya da Azərbaycan kimi interneti kənardan alır. Bəs onda bu qədər fərq nə deməkdir?!”
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.