Sabiq prezidentlər Akayev və Bakiyev Qırğızıstana qayıtsalar, həbs olunacaqlar?- Japarov AÇIQLADI

Qırğızıstan prezidenti Sadır Japarov  sabiq prezidentlər Əsgər Akayev və Kurmanbek Bakiyevin ölkəyə gələcəkləri təqdirdə onları nələrin gözlədiyinə aydınlıq gətirib.

Azpost.info xəbər verir ki, Japarov qeyd edib ki, Akayevə qarşı bir dənə də olsun cinayət işi başlanmayıb və o axtarışda deyil.

“Biz onu “Kumtor” uğrunda mübarizə apararkən ifadə verməyə dəvət etmişdik. Ona zəmanət vermişik ki, saxlanılmayacaq. Amma bu zəmanət olmadan da həbs üçün heç bir hüquqi əsas yox idi. Onun ifadəsi Kumtorun əldə edilməsində böyük kömək oldu”, – prezident bildirib.

Digər keçmiş prezident Kurmanbek Bakiyevə gəlincə, Japarov bildirib ki, hakimiyyətin onu ölkəyə gətirmək planı yoxdur: “Əskər Akayevdən fərqli olaraq Kurmanbek Bakiyevə qarşı cinayət işi açılıb, məhkəmə qərarı var. O, 30 il müddətinə azadlıqdan məhrum edilib. Bu qərar bu gün də qüvvədədir. Gəlsə, təbii ki, saxlanılacaq. Biz hamımız qanunlarla yaşamağı öyrənməliyik. Mənim hökmləri ləğv etmək gücüm yoxdur. Yalnız Bakiyev əfv istəsə, bağışlamaq və ya imtina etmək hüququm var. Əfv edilib-edilməməsi 2010-cu ildə zərər çəkmiş insanların rəyi nəzərə alınmaqla həll edilməlidir”.

Japarov əlavə edib ki, məhkəmə qərarı təkcə Kurmanbek Bakiyevlə bağlı deyil, həm də Maksim, Canış, Akmat və Marat Bakiyevlərə münasibətdə verilib və yuxarıda qeyd olunanların hamısı Qırğızıstana gəldikləri halda onlara şamil edilir.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycan-İsrail əlaqələrinin böyük potensialı var”

Sonrakı məqalə

Kim Çen In Azərbaycan Prezidentini təbrik edib