Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəis müavini – Səfərbərlik şöbəsinin sabiq rəisi Adil Hüseynov Ali Məhkəməyə müraciət edib.
Qaynarinfo-nun məlumatına görə, Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilən Adil Hüseynovun işinə 07.05.2025-ci il tarixində Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilən Adil Hüseynov ötən ilin fevral ayında Bakı Hərbi Məhkəməsinin qərarı ilə 8 il 6 ay azadlıqdan məhrum olunub. Ötən ilin may ayında həbsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət verən Adil Hüseynovun şikayəti təmin edilməyib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.