Sabiq vitse-prezident Baydeni “tarixin ən pis lideri” adlandırıb

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens hazırkı prezident Co Baydeni müasir tarixin ən pis lideri adlandırıb.

O, bu barədə o “Fox News” telekanalında çıxışı zamanı deyib.

“Düşünürəm ki, prezident Bayden müasir tarixdə Amerikaya başqa prezidentlərdən daha çox zərər vurub. Ölkə daxilində hazırda tariximizin ən pis böhranı baş verir”,- deyə Pens bildirib.

Siyasətçi son 14 ayda ABŞ-da inflyasiyanın son 40 ilin ən yüksək həddinə çatdığına diqqət çəkib və ölkədə benzinin qiymətinin 70 faiz bahalaşdığını bildirib.

Pens həmçinin hazırkı administrasiyanın koronavirus pandemiyasına qarşı mübarizədə səhvlərinə və ordunun Əfqanıstandan çıxarılmasına diqqət çəkib.

Əvvəlki məqalə

Orban parlament seçkilərində qalib gəldiyini elan edib

Sonrakı məqalə

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək