Mayın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyadan bildiriblər ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib.
Əvvəlcə YAP Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə yeni üzvlərin daxil edilməsi məsələsinə baxılıb, Arif Xanoğlan oğlu Qaraşov və Fidumə Məmmədəli qızı Hüseynovanın Veteranlar Şurasının üzvlüyünə namizədliyi ətrafında müzakirələr aparılıb.
YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Bahar Muradova çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədiklərini bildiriblər.
Müzakirələrdən sonra Arif Xanoğlan oğlu Qaraşov və Fidumə Məmmədəli qızı Hüseynovanın YAP Veteranlar Şurasının tərkibinə daxil edilməsi barədə qərar qəbul olunub.
Hər iki şəxs çıxış edərək göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, Arif Qaraşov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi, Fidumə Hüsynova isə Binəqədi rayonun icra başçısı və Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müavini işləyib.