Sabir Rüstəmxanlı yenidən VHP-nin sədri seçilib

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti Qurultayı keçirilib.

Ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII Qurultayı onlayn qaydada təşkil edilib. Qurultayda VHP-nin 76 bölgə və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə iştirak edib.

VHP VIII qurultayında partiyanın qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə edilib və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılıb.

Daha sonra seçkilər keçirilib. Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib. Qeyd edək ki, buna qədər da partiyanın sədri millət vəkili Sabir Rüstəmxanlı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Misirdə 5 min yaşı olan pivə zavodu tapılıb –

Sonrakı məqalə

Qarabağda Azərbaycan Ordusuna xeyir-dua verən Britaniya –