Sabirabadda baş həkimin oğlu avtomobillə iki qadını vuraraq öldürüb

Sabirabadda iki nəfərin ölümünə səbəb olan qəzanı törədən avtomobilin sürücüsünün kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobilin sürücüsü Kamran Nəsirlidir.

Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.

***

Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil 2 piyada qadını vurub.

Hər iki qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda kəskin iyin yayılması ilə bağlı Böyük Şordan su nümunəsi götürülüb

Sonrakı məqalə

Dairə Seçki Komissiyasının katibi yol qəzasında ölüb