Şabranda ana və oğlu güllələnərək öldürülüb

11 Aprel 2020 - 21:59

Şabran rayonunda qətl hadisəsi qeydə alınıb.  

Hadisə rayonun Zeyvə kəndində baş verib.

Kənd sakini, 1986-cı il təvəllüdlü  İslamov Nahid Eynulla oğlu kənd sakinləri -1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu güllələyərək qətlə yetirib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma davam edir.