Sabunçuda 4 narkokuryer saxlanıldı- 7 kq heroin və marixuana aşkarlandı (FOTO)

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlər nəticəsində əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş paytaxt sakinləri Akşin Rüstəmov, Vüqar Mehtiyev, Böyükağa Məmmədov və Nail Şükürov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onlarda 7 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb.

Saxlanılanlar narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə təyin olunan ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil ediblər.

Həmçinin rayon polis idarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində 3 “Makarov” tapançası, 1 “Kalaşnikov” avtomatı, 4 daraq və 27 patron əməliyyat yolu ilə aşkarlanıb.

Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mayda keçirilən tədbirlər nəticəsində 22 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

Rusiya delimitasiya və demarkasiya prosesində Bakı və İrəvana yardım göstərməyə hazırdır

Sonrakı məqalə

Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşib