Şagird yerdəyişməsi müvəqqəti dayandırılır- Bu tarixdən

Yanvarın 13-ü saat 17:00-dan etibarən 2022-2023-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi 2019-cu ilin avqustun 15-dən www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.