Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

23 oktyabr saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23–31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.