Sağlam olmaq üçün gün ərzində neçə addım atmaq lazımdır? –HƏKİM RƏYİ

Alimlər gün ərzində daha çox oturaq həyat tərzi keçirənlərin sağlamlığı üçün lazım olan addımların sayını müəyyən ediblər.

Tədqiqatçılar İngiltərədə yerləşən biobankda qeydiyyatda olan 72 min 174 nəfərin məlumatlarını araşdırıb. Onlar oturaq həyat tərzinin səbəb ola biləcəyi xərçəng, diabet və ürək-damar xəstəliklərinin qarşısını almaq üçün atılması lazım olan addımların sayını hesablayıblar.

“British Journal of Sports Medicine” elmi jurnalında dərc edilən araşdırmada günün ən az 10,6 saatını oturaraq keçirənlərin bu həyat tərzindən çox istifadə etdikləri ifadə olunub. Tədqiqatçılar bunu tarazlaşdırmaq üçün optimal addımların sayının 9 min ilə 10 min arasında olduğunu müəyyənləşdiriblər. Araşdırma zamanı bu sayda addımı atan insanlarda ürək-damar xəstəlikləri riskinin 21 faiz, vaxtından əvvəl ölüm riskinin isə 39 faiz azaldığı müşahidə edilib. Oturaq vəziyyətdə keçirilən vaxtdan asılı olmayaraq, idmandan qazanılan müsbət nəticələrlə bunun öhdəsindən gəlmək mümkündür.

Avstraliyanın Sidney Universitetinin üzvü akademik Metyu Əhmədi gündəlik addım sayının 2200 olduğuna diqqət çəkib. Bildirib ki, bundan yuxarı hər hansı bir göstərici vaxtından əvvəl ölüm riskini, eləcə də ürək-damar xəstəliklərini azaldacaq. Bundan başqa, akademik bunun az idmanla belə sağlam qala bilmək anlamına gəlmədiyini vurğulayıb: “Burada xalq sağlamlığı ilə bağlı mühüm mesaj var. Hərəkətin bütün formaları vacibdir və insanlar gündəlik addım sayını artıraraq mütləq oturaq vəziyyətdə keçirdikləri vaxtı balanslaşdırmağa çalışmalıdırlar”. (Azərtac)

Əvvəlki məqalə

Laçın rayonuna növbəti köç karvanı yola salınıb

Sonrakı məqalə

“Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir” –