Sağlamlıq imkanları məhdud şəxslərin hüquqları artırılır

24 Aprel 2020 - 15:50

Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində hüquqları artırılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində ödənişsiz psixoloji yardım almaq hüququ olacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.