“Sahə həkimi” anlayışı “ailə həkimi” anlayışı ilə əvəz ediləcək- TƏBİB sədri

“Sahə həkimi” anlayışı “ailə həkimi” anlayışı ilə əvəz ediləcək və ölkədə yaşayan hər bir ailə üçün əlçatanlıq təmin ediləcək.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətlərinin ən yüksək səviyyədə olmasını tələb edir.

R.Bayramlı qeyd edib ki, TƏBİB-in strukturunda Ailə həkimliyi, ana və uşaq sağlamlığının təşkili şöbəsi yaradılıb ki, bu da bilavasitə ilkin səhiyyə xidmətlərinin təkmilləşməsi və yüksək pilləyə çatmasını təmin edəcək:

“Bu sahədə beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsi işləri sürətləndirilib. “Ailə həkimi institutu” anlayışını ölkəmizdə daha yüksək mərhələyə çatdırmaq üçün Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı və s. kimi müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir və layihələr işlənib hazırlanır. Hətta ailə həkimliyi ixtisası üzrə xüsusi təlim mərkəzləri yaradılacaq və mövcud sahə həkimləri ailə həkimi kimi tam formalaşdırılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran hökuməti koronavirusa görə möminlərə çağırış etdi

Sonrakı məqalə

Bakı metrosu 4G şəbəkəsi ilə əhatə olunacaq