Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? –

Orkhan Ali 22 Aprel 2025 - 14:21 (Last updated: 21 May 2025 - 20:15)
Kartof

Kartof

“Bu gün piştaxtalarda 2 manat 20 qəpiyə təklif olunan təzə kartofun 1 kiloqramının qiyməti əkin sahəsində 30-35 qəpikdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Tovuz rayon sakini, fermer Xalid Rzayev deyib.
Onun sözlərinə görə, kartofun kəskin bahalaşmasının əsas səbəbi onun əldən-ələ keçməsidir:
“Torpaq sahibindən vitrinə qədər olan arada çoxsaylı adamlar var. Bir nəfər kartofu torpaq sahibindən, yəni onu əkəndən alır. Həmin adam isə gətirib “Meyvəli” bazarında satır. Sonra həmin məhsul oradan müxtəlif marketlər şəbəkəsinə satılır. Göründüyü kimi, şəbəkələrin təsərrüfatla əlaqəsi yoxdur. Təkcə marketlər şəbəkələrinin birbaşa torpaq sahibi ilə əlaqəsi olsa, aradakı iki şirkətin qazancını yalnız bir şirkət qazanar. Bu da bir\başa qiymətə təsir etmiş olur. Biz yetişdirdiyimiz məhsulu yerində 30-35 qəpiyə satırıq, amma vitrinə gəlincə qiymət 2 manat, hətta bəzən ondan yuxarı olur. Səbəb də budur ki, fermer arada olan bir neçə sahibkarla işləmək məcburiyyətindədir”.
Fermer deyib ki, əgər marketlər kartofu birbaşa onu əkəndən alsa, qiymətlər əhali üçün əlçatan olar:
“Bu kimi narahatedici vəziyyətə görə ötən il kartof əkən sahibkarların böyük əksəriyyəti bu il məhsul əkmədi. Torpaq sahibi ziyana gedir. 100 hektardan çox kartof üçün əkin sahəmiz var. Amma 35 qəpiyə satdığımız kartofu vitirində 2 manata görəndə əkmək istəmədik. Elə özüm qazanaram da. Əziyyətini biz çəkirik, başqası qazanır. Bu gün kartofdan qazancı ancaq onu 35-40 qəpiyə alan şirkətlər qazanır”.

Post navigation

Previous: Bu şəxslərin pensiyasına əlavələr EDİLƏCƏK
Next: Səyyad Aran “abidələr biznesmenlərə verilsin” dedi, spiker qəzəbləndi

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.