Sahibə Qafarova parlamentə dəymiş ziyanla tanış olub

“Yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova dərhal yaranmış vəziyyətlə yerində tanış olub və yaranmış vəziyyətdə fəsadların aradan qaldırılması üçün tapşırıq verib”.

Bunu APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əli deyib.

Milli Məclisin əmlakına və inventarına dəyən ziyanın miqdarı ilə bağlı sualı cavablandıran şöbə müdiri qeyd edib ki, dəyən ziyanın həcmi ilə bağlı müvafiq araşdırma başa çatdıqdan sonra  ictimaiyyətə açıqlama veriləcək: “Hazırda Milli Məclis öz işini davam etdirir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan vətəndaşı Azərbaycana keçib –

Sonrakı məqalə

Tovuzda hərbi hissənin vurulması barədə feyk-xəbəri alt-üst edən görüntülər –