İspaniya Prokurorluğu məşhur kolumbiyalı müğənni Şakiraya vergidən yayınma ittihamı üzrə 8 il 2 ay həbs istəyib, həmçinin 23 milyon avrodan çox cərimə tələb edib.
Azpost.info xəbər verir ki, bu barədə “El Pais” qəzeti yazıb.
Məlumata görə, müğənni 2012-2014-cü illərdə İspaniyada vergidən yayınıb və bu pulları ofşor hesablara köçürüb.
Yaxın həftələrdə İspaniya məhkəməsi iş üzrə iclas təyin edəcək.
Azpost.info