Salyan məscidində saxlanılan 150 yaşlı nadir çıraq –Çar Rusiyasının unikal mexanizmi (FOTO)

Salyandakı Mirəşrəf ağa məscidində yaşı 150 ildən çox olan nadir çıraq saxlanılır. Çəkisi 70 kq-a yaxın olan çıraq tavana xüsusi çarx mexanizmi vasitəsi ilə qaldırılır.

Azpost.info bildirir ki, bu barədə hüquq müdafiəçisi, Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov yazıb.

Onun sözlərinə görə, neftlə işləyən bu çıraq bir vaxtlar çar Rusiyasında istehsal olunub. Cəmi 2 ədədi Azərbaycana gətirilmiş bu çırağın digərinin harada saxlanması barədə dəqiq məlumat olmasa da, bildirilir ki, həmin “nüsxə” 10-15 il öncə qaçaq mal kimi sərhədlərimizdən keçirilərkən qarşısı alınaraq Azərbaycana qaytarılıb.

Yaşlıların dediyinə görə, keçmişdə bu çıraqdan təkcə işıqlandırmada deyil, həm də istilik mənbəyi kimi istifadə edilib. Qış aylarında məscid soyuq olduğundan çıraq aşağı salınar, bura gələnlər onun ətrafına toplaşaraq istisinə qızınarmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev İranın dövlət başçısını və xalqını təbrik etdi

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri