Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Salyanda 10 -cu uşağı doğulan ata danışdı –

User 12 Fevral 2024 - 18:13 (Last updated: 21 May 2025 - 20:15)
coxusaqli

 Bir neçə gün öncə Salyanın Qaraçala kəndində bir ailənin 10-cu övladı dünyaya gəlib. 

Azpost.info bildirir ki, Redaktor.az saytı 10 uşaqlı ailə ilə əlaqə saxlayaraq, onların ailə vəziyyətini araşdırıb.

Ailənin başçısı Əflan Abdullayev deyir ki, övladlarını fəhləliklə böyüdür:

“Kimin evində nə iş olarsa, gedib fəhləlik edib ailəmi dolandırıram. İş də olmayanda, evdə otururam, məhlədə əkin-biçinlə məşğul oluram. İndi də evdəyəm, bağda işləyirəm, yaza hazırlaşırıq. Doqquzuncu övladım dünyaya gələnə kimi sosial yardım alırdıq, amma doqquzuncu övladımdan sonra, o müavinət dayandırıldı. Dayandırılma səbəbinə gəlincə, müxtəlif bəhanələr irəli sürülür. O sosial yardımı alanda dolanışığımız daha yaxşı idi, övladlarım üçün kiçik bir ev tikməyə başlamışdım, məktəbə göndərə bilirdim. İndi 5 uşaq məktəbə getməlidir, ancaq onlardan biri gedir. Əvvəllər ikisini yollaya bilirdim, sonra birinin ayaqqabısı cırıldı, kurtkası yoxdur. İmkanım da yoxdur ki, təzəsini alıb məktəbə yollaya bilim. Çalışıram ki, ona ayaqqabı ala bilim, məktəbə yollayım. Həm sosial yardım verilmir, həm də anaya müavinət verilmir. O sosial yardım dayanandan bizdə həyat dayanıb. Evimiz də yaşayış üçün çox pis vəziyyətdədir. İcra hakimiyyətinin köməkliyi ilə evlə bağlı cənab Prezidentə müraciət ünvanlamaq istiyirdim, amma alınmadı. Cənab Prezidentin Allah canını sağ etsin, uzun ömür versin, hər il sosial yardım üçün və sair üçün pul ayırır, amma onlar gəlib bizə çatmır. Mən bilirəm ki, yaşayış vəziyyətim, imkansızlığım ona gedib çatsa, mənə ev də tikiləcək, yardım da ayrılacaq”.

Əflan bəy deyir ki, böyük övladının 13 yaşı var:

“Mənim 37, yoldaşımın isə 36 yaşı var. Övladırımın arasında yaş fərqi çox deyil. Uşaqlardan 6-sı qız, 4-ü isə oğlandır. Qızların adı, Əsmər, Ülkər, Zeynəb, Zəhra, Rüqəyya və Humaydır. Oğlanların adı isə, biri atamın adıdır – Əziz, digər ikisi Azərbaycan igid, mərd qəhrəmanlarının, şəhidlərimizin adıdır – Mübariz və Polad. Sonuncu övladım isə prezident seçkilərindən sonra anadan oldu. Ona da qalib liderimizin, Ali Baş komandanımızın adını – İlham adını vermişəm”.

Post navigation

Previous: Ermənistan Zəngilan istiqamətində mövqelərimizi atəşə tutub
Next: “Siemens” Rusiyadakı biznesini bağlayır

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.