“Sistems” şirkəti (keçmiş Siemens MMC) 2024-cü ilin fevralında könüllü ləğvetmə proseduruna başlamağı planlaşdırır.
Azpost.info xəbər verir ki, şirkət Rusiyaya mal idxalı ilə bağlı işlərin davam etdirilməsinin mümkünsüzlüyünü etiraf edib.
2023-cü ildə şirkətin gəliri bir il əvvəlki 6,32 milyard rublla müqayisədə 278,8 milyon rubl olub. Xalis zərər 279,6 milyon rubl təşkil edib. Ümumilikdə 843,6 milyon rubl məbləğində debitor borcları və hesablardakı pul vəsaitləri istisna olmaqla, şirkətin balansında demək olar ki, heç bir aktiv qalmayıb.
Şirkət xatırladıb ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaları səbəbindən “Siemens” 2022-ci ilin martında ölkəyə yeni sifariş və tədarükləri dayandırıb.
Azpost.info