Salyanda bir ay əvvəl itkin düşən şəxsin meşədə asılmış meyiti tapılıb

Salyanda itkin düşən şəxsin intihar etdiyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bir ay əvvəl itkin düşən Salyan rayonunu Beşdəli kənd sakini, 1970-ci il təvəllüdlü Quliyev Aqil Qulu oğlu Kür çayı sahilində meşədə asılmış vəziyyətdə aşkar edilib.

Bir ay əvvəl evdən gedən A.Quliyev təxminən həmin vaxtda da özünü asaraq intihar edib.

Faktla bağlı Salyan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bir neçə rayona yeni prorukor təyin olunub

Sonrakı məqalə

Vətəndaşların virusla bağlı müraciət edəcəyi poliklinikaların adları açıqlandı –