Salyanda dörd uşaq anası özünü Kürə atıb

Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının kənd ərazisindən keçən Kür çayında boğulduğu ehtimal olunur.

Buna səbəb A. Bəndəliyevanın “Mən özümü Kürə atacam” yazısının olmasıdır.

Bundan narahat olan qadının yaxınları Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat veriblər.

Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib. Hazırda Akkuşa çayında axtarışlar davam etdirilir. (Report)

Qeyd edək ki, A. Bəndəliyeva ailəlidir, 3 qızı, 1 oğlu var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Portuqaliya – Almaniya oyununda 6 qol vurulub –

Sonrakı məqalə

“Mina xəritələrinin standartlara uyğunluğu barədə danışmaq tezdir” –