Bu gün Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmətin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 20:13-də Pirqulu stansiyasından 2 km qərbdə baş verib.
2,7 bal gücündə qeydə alınan zəlzələ Şamaxı rayonunda 3 bala qədər hiss olunub. Yeraltı təkanın ocağı 7 km dərinlikdə olub.