Ukraynada orta məktəbdə kütləvi zəhərlənmə baş verib

Ukraynada Kirovoqradda yerləşən orta məktəblərin birində qidadan kütləvi zəhərlənmə olub.

Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kirovoqrad vilayət şöbəsinin yaydığı məlumata görə, Kropivnitsk məktəbində 1-4-ci sinif şagirdləri arasında kütləvi zəhərlənməyə səbəb məktəbin bufetində istifadə olunan qida məhsulu əsas göstərilib.

15-ə yaxın şagird mədə ağrısı, ürək bulanma, temperatur problemi ilə xəstəxanaya müraciət edib, onlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

Orta məktəbin 1-4-cü siniflərində əyani təhsil dayandırılıb, distant formaya keçirilib, bufetdə istifadə olunan qidalar laboratoriyaya göndərilib.(Azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şamaxıda zəlzələ olub

Sonrakı məqalə

“Yeni konstitusiyanın hazırlanmasına ehtiyac var” –