Samuxda 200 hektar seyrək meşəlik məhv edilib –FOTOLAR

DCIM100MEDIADJI_0176.JPG

Samux rayonunun  Qırmızı Samux kəndi yaxınlığında 200 hektar seyrək meşəlik, yulğunluq məhv edilib.

AzPost bildirir ki, bu barədə “Ekofront” Hərəkatı məlumat yayıb.

Hərəkat bunu “növbəti meşə qırğını” adlandırıb və fotoları yayıb.

“Qırmızı Samux kəndi yaxınlığında Kür qırağında təxminən 200 hektar seyrək meşəlik, yulğunluq məhv edilib. Bu yerlərin həssas təbiəti selqoruyucu özəllikləri var”.

Məlumatda deyilir ki, məhv edilən yerlər hazırda tərk edilmiş kimi görünür və ot örtüyü qayıtmağa başlayıb: “Yenidən dağıdılmasa meşənin bərpası on illər vaxt alacaq. Bu cinayət araşdırılmalı və səbəbkarlar cəzalandırılmalıdır”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.