Samuxda yeniyetmə oğlan 28 yaşlı gənci bıçaqladı və qaçdı

Samux rayonunda kafedə bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Samux rayonunda fəaliyyət göstərən kaferlərin birində baş verib.

Yeniyetmə mübahisə zəminində, 1993-cü il təvəllüdlü Seymur Salmanovu bıçaqlayıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə isə hadisə yerindən qaçıb.

Hazırda onun saxlanılaraq məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Bakıda iki yaşlı körpə üçüncü mərtəbədən yerə düşüb