“Samuxda yulğun meşəliyi olan ərazi nəzarətə götürülüb” –İcra hakimiyyəti AzPost-un yazdığına reaksiya verdi

DCIM100MEDIADJI_0176.JPG

AzPost Samux rayonunun  Qırmızı Samux kəndi yaxınlığında 200 hektar seyrək meşəlik, yulğunluq məhv edildiyi barədə məlumat yaymışdı. 

“Ekofront” Hərəkatından daxil olan məlumatda Kür qırağında təxminən 200 hektar seyrək meşəlik, yulğunluğun kəsilməsi qeyd olunurdu.

Samux rayon icra hakimiyyəti məsələyə reaksiya verib. İcra hakimiyyətindən AzPost-a verilən məlumatda deyilir ki, bu qırılma illər əvvəl baş verib: “Sözü gedən ərazidə illər öncə kənd ərazisində qaz olmadığı üçün odun yandırılırdı. O zaman ərazidə olan kol koslardan odun kimi istifadə olunurdu.Hal -hazırda ərazidə yulğun kolları qalıb və bir çox hissəsi suyun altındadır. Buna baxmayaraq ərazi nəzarətə götürülüb”.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.