Samvel Babayan qondarma “Artsax” xəyalının bitdiyini etiraf edib

Samvel Babayan Qarabağdakı qondarma rejimin səhifəsinin bağlandığını hesab edir.

APA xəbər verir ki, Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” bu barədə “CivilNet” xəbər portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu məsələ Ermənistanda heç kimə maraqlı deyil və “Azərbaycanla Qarabağda ləğv olunmuş qondarma rejim arasında danışıqlarının bərpası ehtimalı sıfıra bərabərdir”.

Samvel Babayan əlavə edib ki, hazırkı reallıq bu imkanların tükəndiyini göstərir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.