Rusiya mobil operatorlarında şəbəkələri inkişaf etdirmək və saxlamaq üçün baza stansiyaları tükənir.
Azpost.info xəbər verir ki, “böyük dördlüyün” (MTS, “MegaFon”, “VimpelCom” və “Tele2”) ilin sonuna kimi sərəncamında 20-30 min stansiya qalıb. Baxmayaraq ki, ən azı 80 min stansiyaya ehtiyac var.
Çatışmazlığın əsas səbəbləri avadanlıqların qiymətinin kəskin artması və rəsmi təchizatın dayandırılmasıdır.
Məlumata görə, operatorlar son bir ildə Çin və digər ölkələrin üçüncü dərəcəli istehsalçılarının avadanlıqlarını sınaqdan keçirsələr də, nəticələr onları qane etmir.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra dünyanın əsas telekommunikasiya avadanlığı istehsalçıları sanksiyalara görə Rusiyaya rəsmi tədarükləri dayandırdılar. Onların arasında Finlandiyanın “Nokia”, İsveçin “Ericsson” və Çinin “Huawei” şirkətləri var.
Hazırda bəzi rus operatorları Çin istehsalçıları ilə birlikdə mövcud şəbəkələr üçün stansiyaların dəyişdirilməsi variantını nəzərdən keçirirlər.
“Bununla belə, operatorların “üçüncü səviyyəli” stansiyalara kütləvi şəkildə keçidi ilə rabitə şəbəkələrində nasazlıqlar baş verə bilər və avadanlıqların təmiri xərcləri də artacaq”, – mütəxəssislər xəbərdarlıq edir.
Azpost.info