Sankt-Peterburq rəhbərliyi küçələrdən birinə “Vaqner”in qurucusu Yevgeni Priqojinin adının verilməsi məsələsinə baxacaq.
Azpost.info xəbər verir ki, belə bir təşəbbüslə Rusiya Dumasının deputatı Vasili Vlasov çıxış edib.
O, “Vaqner” Mərkəzinin yerləşdiyi Zolnaya küçəsinin Priqojinin şərəfinə adlandırılmasını təklif edib.
Bundan əvvəl “Ədalətli Rusiya – Həyat naminə” partiyasının lideri Sergey Mironov da Priqojinin xatirəsinin Sankt-Peterburqda əbədiləşdirilməsinin tərəfdarı olduğunu bildirib. Deputat qeyd edib ki, “Vaqner” Mərkəzi qorunmalıdır, çünki orada əsl vətənpərvərlər yetişdirilir.
Azpost.info