Sarımsaq çox faydalı xüsusiyyətlərə malikdir və müxtəlif xəstəliklərin müalicəsində və qarşısının alınmasında fəal şəkildə istifadə olunur.
Azpost.info xəbər verir ki, sarımsaqda çoxlu miqdarda B vitamini, eləcə də bütün faydalı minerallar var.
Sarımsağın müntəzəm istehlakı qanda lipid səviyyəsini, qan təzyiqini və qan laxtalanma meylini bir qədər azaltmağa kömək edir. Bu bitkinin aktiv maddələri qaraciyər üçün zəhərli maddələrin təsirini azaldır və sirozun inkişafını ləngidir. Həmçinin, sarımsaqdan istifadə edən insanlarda mütəxəssislər mədə, kolon, döş və uşaqlıq boynu xərçəngi riskinin azaldığını qeyd ediblər.
Araşdırmalar göstərib ki, sarımsağın saxlanması və qızdırılması zamanı onun mikroblara qarşı aktivliyi azalır. Buna görə də təzə sarımsağı çiy yemək tövsiyə olunur. Onu qızdırmaq vacibdirsə, bunu beş dəqiqədən çox olmayaraq etmək lazımdır.
Azpost.info