Şarl Mişel Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan və Ermənistan arasındakı vəziyyəti müzakirə edib.

Şarl Mişel bunu X (Tvitter) sosial şəbəkəsindəki paylaşımında bildirib.

Avropa İttifaqı Şurasının Prezidenti qeyd edib ki, G20 sammiti çərçivəsində Avropa İttifaqı-Türkiyə münasibətlərinin bütün spektrləri, Qara dəniz taxıl koridoru təşəbbüsü və regional məsələlər, xüsusi ilə Ermənistan və Azərbaycan arasındakı vəziyyət müzakirə olunub.

Əvvəlki məqalə

Ağdamda hərbi qulluqçumuz minaya düşüb

Sonrakı məqalə

ABŞ dövlət katibi Azərbaycan və Ermənistanı dialoqa çağırıb