“Şarl Mişelin dəstəyi ilə aparılan danışıqların davam etdirilməsinə hazırıq” –İLHAM ƏLİYEV

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin davam etdirilməsinə hazırıq.

Bu barədə Prezident İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşündə deyib.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında məlumat verdi. Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin vacibliyini vurğuladı, ölkəmizin bu proses çərçivəsində danışıqların davam etdirilməsinə hazır olduğunu dedi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.