Seçki qanunvericiliyinin pozulmasına yol vermiş şəxslər cəzalandırılacaq

Seçkilərlə bağlı prokurorluq orqanların əsas vəzifəsi daxil olmuş müraciətlərə baxılması ilə bağlıdır.

Bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Elçin Məmmədov bildirib ki, qanunda seçkilərin keçirilməsi prosesi ilə bağlı müraciətlərə baxılması üçün çox qısa zaman müəyyən edilib: “Səsvermə günü olan müraciətlər dərhal baxılmalıdır. Eyni zamanda Seçki Məcəlləsinin 11-ci maddəsində də seçkilərin gedişinə müdaxilənin qadağan edilməsi ilə bağlı müddəa öz əksini tapıb. Bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulub. Milli Məclisə seçkilərin keçirilməsi ilə əlaqədar seçki qanunvericiliyinin pozulmasına yol vermiş şəxslərin qanunauyğun cəzalandırılması ilə bağlı prokurorluq orqanları tərəfindən bütün addımlar atılacaq”.

Əvvəlki məqalə

Əhalinin hər nəfərinə düşən ÜDM-nin həcmi açıqlandı

Sonrakı məqalə

Sabah hava necə olacaq?