Şəhidlə bağlı görüntü paylaşaraq pul toplayan şəxs saxlanıldı

Şəhidin adından istifadə edib pul yığan şəxs saxlanılıb.
AzPost DİN-ə istinadən xəbər verir ki, fevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub.
Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.