Səhra qumu tikinti üçün niyə yararsızdır?

Səhra qumu
Səhra qumu

Mərkəzi Afrika ölkələri nə qədər təəccüblü olsa da, inşaat qumu sarıdan ciddi qıtlıq hiss edir.

Səhralarda qum ehtiyatı milyon tonlarla ölçülsə də, bir çox Afrika ölkəsində inşaat qumu çox bahadır. Buna səbəb səhra qumunun tikintiyə yaramamasıdır.

Səhra qumunu külək daim hərəkət etdirdiyi üçün o narın toz halına düşür və “cilalanır”. Həm də belə qum dənələrinin ölçüsü təxminən eyni olur. İnşaatda isə məsamələrin az olması üçün qum dənələrinin müxtəlif ölçüdə olması zəruridir. Bu səbəbdən səhra qumundan tikintində istifadə etmək mümkün deyil.

Hazırda kimyaçılar və mühəndislər səhra qumundan beton hazırlamağın yollarını axtarırlar. Səbəb səhradakı ehtiyatların bol və ucuz olmasıdır. (Azərtac)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.