“Sehrbaz çox tez getdi” –Ronaldo Maradonadan yazdı

“Bu gün mən dostumla, dünya isə əbədi dahi ilə vidalaşır. Tarixin ən yaxşılarından biri ilə”.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo tvitter səhifəsində yazıb.

O, futbol əfsanəsi Dieqo Maradonanın ölümünə münasibət bildirib: “Əvəzolunmaz sehrbaz. O, çox tez getdi. Amma sərhədsiz irs və boşluq qoydu. Bu boşluğu heç kim aradan qaldırmayacaq. Dahi, rahat yat. Sən heç vaxt unudulmayacaqsan”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Maradona əbədidir” –

Sonrakı məqalə

“Hər saniyə çantamı götürüb hava limanına qaçmağa hazıram” –