Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Səhvən hökumətin mesaj qrupuna salınan jurnalist məxfi məlumatları gördü

Orkhan Ali 25 Mart 2025 - 14:46 (Last updated: 21 May 2025 - 20:15)
Cefri Qoldberq

Cefri Qoldberq

ABŞ-də jurnalistin səhvən yüksəkvəzifəli şəxslərin olduğu qrupa əlavə edilməsi ölkədə qalmaqal yaradıb.

AzPost qafqazinfo-ya istinadən xəbər verir ki,  bu hadisə hazırda Amerika mətbuatının əsas müzakirə mövzusudur. Belə ki, “The Atlantic” jurnalının baş redaktoru Cefri Qoldberq ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts tərəfindən Yəməndə husilərə qarşı çox məxfi hərbi əməliyyatları müzakirə etmək üçün yaradılan çata əlavə edilib.

C.Qoldberq məsələ haqda özü danışıb: “ABŞ milli təhlükəsizlik rəhbərləri məni Yəmənə endiriləcək hərbi zərbələrlə bağlı qrup söhbətinə daxil etdilər. Bunun real ola biləcəyini düşünmürdüm. Sonra oraya bombalar düşməyə başladı”.

O bildirib ki, martın 15-i ABŞ Yəməndə husi hədəflərini bombalayıb, lakin Qoldberq hadisədən təxminən 2 saat əvvəl artıq bunun olacağını bilirmiş: “Bunu bilməyimin səbəbi o idi ki, ABŞ müdafiə naziri Pit Heqset mənə saat 11:44-də müharibə planını mesajla göndərmişdi. Plana silah paketləri, hədəflər və vaxt haqqında dəqiq məlumatlar daxil idi.

Martın 11-də Maykl Uolts kimi tanınan istifadəçidən “Signal”a qoşulma sorğusu aldım. “Signal” digər mətn mesajlaşma xidmətlərindən daha çox məxfilik istəyən jurnalistlər və digərləri arasında məşhur olan şifrəli mesajlaşma xidmətidir. Maykl Uolts Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviridir. Mən onunla keçmişdə tanış olmuşam və onun mənimlə əlaqə saxlaması mənə qəribə gəlməsə də, Tramp administrasiyasının jurnalistlərlə mübahisəli münasibətini və Trampın vaxtaşırı mənə xüsusi diqqət yetirməsini nəzərə alaraq bunu bir qədər qeyri-adi hesab etdim. Dərhal ağlımdan keçdi ki, kimsə məni birtəhər tələyə salmaq üçün Uolts kimi maskalanıb”.

İki gün sonra isə o, Yəməndə husilərə qarşı hücumları müzakirə etdikləri “Houthi PC Small Group” adlı zəncirə qoşulmağa dəvət edilib. Amerikalı jurnalist qeyd edib ki, Uoltsun təsadüfən özünü bu qrupa qatdığını düşünüb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughes məsələnin mediada müzakirəsindən sonra yazılı açıqlama verərək gündəmə gələn mesaj mövzusunun real göründüyünü və söhbət qrupuna təsadüfən bir nömrənin necə əlavə edildiyini araşdırdıqlarını deyib. O, bunun Yəmən əməliyyatlarına heç bir zərər vermədiyini də əlavə edib.

Digər tərəfdən ABŞ prezidenti Donald Tramp mövzu ilə bağlı suala “Mənim bu mövzuda heç bir məlumatım yoxdur” deyə cavab verib. “Atlantic” jurnalını oxumadığını deyən Tramp hadisədən xəbərsiz olduğunu, lakin sözügedən səhvin Yəməndəki hücumlara heç bir təsirinin olmadığını da qeyd edib.

Sosial şəbəkələrdə bir çox istifadəçi ABŞ-nin gizli müharibə planlarının təsadüfən bu şəkildə jurnalistə göndərilməsinin qəbuledilməz olduğunu bildirib.

Post navigation

Previous: Marsda rekord uzunluqda üzvi molekullar aşkarlandı
Next: Metroda bu düyməni qəti sıxmayın –

Oxşar xəbərlər

pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50

xƏBƏR

pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İranın sonuncu şahının oğlu Rza Pəhləvi “Azadlıq” mükafatına layiq görülüb. Mükafatın əslində “İran xalqı”na verildiyi bildirilir. Bu...
Read more about Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.