Selnet istifadəçisindən şikayət- “İnternet kəsilir, qaynar xətt yola verir”

Selnet
Selnet

Selnet internet provayderi ilə bağlı istifadəçi narazılığı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. AzPost xəbər verir ki, Bəxtiyar Məmməddsoy adlı vətəndaş “Facebook” hesabında provayderin xidmət keyfiyyəti ilə bağlı iradlarını paylaşıb.

İstifadəçi qeyd edib ki, Selnet uzun illərdir Azğcabədi rayonunda ilk fəaliyyətə başlayan provayder olsa da, son üç ayda internetdə tez-tez qırılmalar müşahidə olunur. Qaynar xəttə edilən zənglər zamanı isə problemi həll etmək əvəzinə, standart cavablar verilir və diqqətçəkən bir arqument irəli sürülür: “İnternet qırılmasını biz düzəldə bilmərik, statik IP almalısınız.”

Şikayətçi bu yanaşmanın absurd olduğunu vurğulayaraq bildirib ki, internet çəkdirib aylıq abunə haqqı ödəyən vətəndaş daimi və sabit xidmət almağı gözləyir. Əlavə ödəniş etməklə xidmətin düzəlməsi tələbi isə istehlakçı hüquqlarına ziddir.

O, həmçinin qeyd edib ki, Selnet şirkətinin sosial media səhifəsi də istifadəçi mesajlarına və şikayətlərinə laqeyd yanaşır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.