Serbiya Prezidenti təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
25 Dekabr 2024 - 12:52
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.
Bu barədə Prezidentin “X” sosial media hesabında bildirilib.